Nigeriyada neft yatağında partlayış baş verib

Nigeriyanın cənubunda Nigeriya Milli Neft Şirkətinin neft yatağında partlayış baş verib.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən və yaralanan olmayıb. Partlayış səbəbilə sutkalıq neft hasilatı 10 min barrel azalıb.
Partlayışın səbəbi hələki məlum deyil.