İraqda Əhdullah hərəkatı quruldu

İraqda Əhdullah hərəkatı quruldu

İraqın Əl-Həşduş Şəbi hərəkatının baş katibinin müavinlərindən olan Seyid Haşim Heydəri paylaşdığı video mesajda Əhdullah hərəkatının qurulduğunu elan edib.

Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, Seyid Haşim Heydəri Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludunu xatırladan və İslam təlimlərinin xüsusiyyətlərini dilə gətirən çıxışında, sözügedən hərəkatla bağlı bunları deyib: “Bu hərəkat kasıblara və məzlumlara qayğı göstərəcək, əhatə dairəsi və xidməti kasıbların xidmətində olacaq”.

Seyid Haşim Heydəri Qurani-Kərimin Əhzab surəsinin 23-cü ayəsinə istinad edərək Quranın “yol göstərən” olduğunu bildirib: “Əhdullahın övladları və İmam Xameneinin övladları və İraqdakı İmam Xomeyninin xətti olacağıq”.

İraqda yeni qurulan Əhdullah hərəkatının baş katibi, həmçinin bunları deyib: “Bizlər Ayətullah Sistanini davamçısı olmağa və canımızı qurban verməyə ən çox hazır olanlardan olacağıq”.

O, İraqdakı siyasi vəziyyətə toxunaraq, hərəkatın seçkilərdə iştirak etmək niyyəti olmadığını və iştirak etməyəcəyini vurğulayıb.

“Ancaq insanları doğru namizədləri və koalisiyaları seçmək üçün istiqamətləndirəcəyik”, – deyə Əl-Heydəri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =