ABŞ İrana qarşı sanksiyalar fonunda daha 27 saytı bloklayıb
ABŞ hökuməti ölkədə keçirilən seçkilərə müdaxilənin qarşısını almaq adı altında və rəsmi Tehrana qarşı sanksiyaların pozulması ilə bağlı 27 saytı blokladığını bildirib.
SalamNews BBC.Fars-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, dördünün domeni İran İslam İnqilabının Keşikçilər Korpusuna aid olmaqla ümumilikdə 27 sayt bloklanıb.
Bildirilib ki, bu saytlar ABŞ seçkilərinə müdaxilə xarakterli məlumatlar tirajlamaq, İrana qarşı sanksiyaları pozmaq istiqamətində fəaliyyət göstərməkdə ittihamlandırılırlar.
ABŞ hökuməti bundan əvvəl eyni istiqamətdə 92 saytın domenini bloklayıb.