Ali Dini Rəhbər mövludlar münasibətilə 3780 məhbusu əfv etdi
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei 3780 məhbusun amnistiyaya salınmasını qəbul edib.
Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Muhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövludları münasibətilə hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan 3780 məhbusun azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul edib.
İran Məhkəmə Hakimiyyətinin rəhbəri Ayətullah İbrahim Rəisi mövludlar münasibətilə Ali Dini Rəhbərə yazdığı məktubunda, lazımlı şərtlərə uyğun 3780 məhbusun azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı təklif göndərmişdi.