ABŞ-ın əsas telekanalları Trampın çıxışını kəsdi – VİDEO

ABŞ-ın əsas telekanalları Trampın çıxışını kəsdi – VİDEO

ABŞ-ın bir neçə böyük televiziya kanalı hazırkı Prezident Donald Trampın Ağ Evdə prezident seçkiləri ilə bağlı əsassız açıqlamalar verməyə başladığı zaman çıxışının yayımını dayandırıb.

“Meduza” xəbər verir ki, Trampın çıxışı MSNBC, ABC, CBS, CNBC, NBC televiziya kanalları, eləcə də, “USA Today” tərəfindən dayandırılıb.

Tramp çıxışında demokrat məmurları saxtakarlıqda və səsləri oğurlamaq cəhdində günahlandırıb. O, seçkidə yalnız “qanuni səslər” sayıldığı təqdirdə qalib gələcəyini bildirib. Hələ bir neçə əsas ştatda səslərin sayılması davam edir.

Trampın çıxışını dayandıran telekanal aparıcıları belə etmələrini onun yalan danışması ilə əlaqələndiriblər.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − five =