ABŞ Nümayəndələr Palatasına müsəlmanlardan 5 nəfər seçildi
Demokrat partiyasından olan 5 müsəlman siyasətçi ABŞ Nümayəndələr Palatasına seçiliblər.Seçkiləri Oklahoma ştatından Mori Terner, Kolorado ştatından İman Code, Delaver ştatından isə Mədinə Uilson qazanıb.
Viskonsin ştatından Samba Balde və Florida ştatından Kristofer Benjamin də palataya üzv ola bilən müsəlman namizədlər olub.
Qeyd edək ki, demokratların prezidentliyə namizədi Co Bayden seçki kampaniyasında bəzi müsəlman təşkilatlardan dəstək almışdı. Bunun Baydenin güclü olduğu ştatlarda namizədliklərin irəli sürdüyü şəxslərin seçilməsinə kömək etdiyi ifadə edilib.
Xatırladaq ki, respublikaçıların namizədi Donald Trampın 4 illik prezidentliyi dövründə İslam ölkələrinə viza məhdudiyyətlərinin tətbiq edilməsinin seçkidə səslərin Demokrat partiyası namizədlərinə yönəldilməsini də təmin etdiyi bildirilib.
islamtimes.org