İraq prezidenti Seçki kodeksinə dəyişikliyi təsdiq etdi

İraq prezidenti Seçki kodeksinə dəyişikliyi təsdiq etdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İraq prezidenti Bərham Saleh ölkənin Seçki kodeksinə dəyişiklikləri təsdiq edib.

Bildirilir ki, sənəd parlamentdə təsdiq edildikdən sonra imzalanması üçün prezidentə göndərilib.

Yenilənmiş Kodeksə əsasən, İraqda qapalı və açıq seçki siyahısı metodundan istifadə ediləcək, MSK isə müstəqil namizədlər və prokurorluq təmsilçilərindən formalaşdırılacaq.

Xatırladaq ki, 2021-ci il iyun ayında İraqda növbədən kənar parlament seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =