Fransa mallarına boykot çağırışı edən din xadimi saxlanıldı

Fransa mallarına boykot çağırışı edən din xadimi saxlanıldı

Eastnews.org-un verdiyi xəbərə görə, Misirdə hərbi çevriliş ilə hakimiyyətə gələn Əbdülfəttah əs-Sisi hökuməti Fransanı tənqid edən İslam alimi Mustafa əl-Ədəvinin həbsinə göstəriş verib.

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Fransa mallarının boykot edilməsinə çağırış edən Mustafa əl-Ədəvi təhlükəsizlik qüvvələrinin evinə basqını zamanı saxlanılıb.

Saxlanılan Mustafa əl-Ədəvinin nədə ittiham olunması vəkillərinə və ailəsinə açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 13 =