Səudiyyə Ərəbistanı Yəməndə atəşkəsi pozmaqda davam edir

Səudiyyə Ərəbistanı Yəməndə atəşkəsi pozmaqda davam edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə koalisiyası Yəmənə qarşı hərbi təcavüzünü davam etdirərək Əl-Hədidə əyalətində (qərbdə) son 24 saat ərzində atəşkəsi 298 dəfə pozdu.

Cümə günü Əl-Masira xəbər şəbəkəsi hərbi mənbəyə istinad edərək beş hava hücumu və 12 casus təyyarəsinin Əd-Dureyhəmi, Əl-Fazə, Heys, Əl-Cəbəliyyə və Ət-Təhya bölgələri üzərində uçuşunu atəşkəs rejiminin pozulması kimi göstərdi.

Bundan əlavə, Əl-Hədidə məntəqəsindəki 36 artilleriya hücumu və 247 atışma atəşkəsin digər pozuntuları idi.

Son günlərdə Səudiyyə koalisiyasının Yəmənin müxtəlif bölgələrinə hücumları artdı və bunun müqabilində Yəmən qüvvələri bu hücumlara cavab olaraq Səudiyyə ərazilərindəki bölgələri hədəf aldı.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Amerika Birləşmiş Ştatları ilə birlikdə 26 aprel 2015-ci il tarixində Ərəb-Amerika koalisiyası adı altında Yəməni istila etməyə başladı.

Səudiyyə Ərəbistanının Yəmənə hücumundan bu yana minlərlə yəmənli şəhid oldu və Birləşmiş Millətlər Təşkilatına görə bu ölkədəki aclıq dünyanın ən böyük humanitar fəlakətinə çevrildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + seven =