Cənubi Şetland adaları yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib
Atlantik Okeanın cənub hissəsində yerləşən Cənubi Şetland adaları yaxınlığında 6,0 bal gücündə bir zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Argentinanın Toluina yaşayış məntəqəsində (Odlu Yer vilayəti) 1000 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 5,8 kilometr dərinlikdə yerləşib.
Xəsarət alan, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.