Baydenin qələbəsi ilə əlaqədar Netanyahu və ərəb müttəfiqlərinin ciddi sükutu

Baydenin qələbəsi ilə əlaqədar Netanyahu və ərəb müttəfiqlərinin ciddi sükutu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ-da keçirilən Prezident seçkilərində Co Baydenin qələbəsinin elan olunmasına baxmayaraq, son vaxtlar Donald Trampın kölgəsində Sionist rejimlə əlaqələr quran bəzi ərəb hökmdarları və İsrail Baş Naziri Benyamin Netanyahu Trampın məğlubiyyəti barədə susdular.

Sionist mediası Netanyahunun prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanacağını gözlədiyini və Baydenin qələbəsini şərh etməkdən çəkindiyini təxmin etdi.

Netanyahunun bu addımı Bayden mediasının fərziyyələrinə görə, Sionist rejimin qəti şəkildə müxalif olduğu İranla 2015-ci ildə imzalanan nüvə razılaşmasına qayıdacağına və digər tərəfdən, ABŞ-ın seçilmiş olan Prezidenti tərəfindən işğal olunmuş ərazilərdə sionist şəhərsalmanın inkişafına qarşı çıxdığına görədir.

Tramp eyni zamanda sionist rejimə ən çox xidmət edən ABŞ Prezidentlərindən biri idi. Tramp Qüdsü Sionist rejimin paytaxtı olaraq tanıdı və 14 May 2018-ci ildə səfirliyini Tel-Əvivdən Qüdsə köçürdü.

10 sentyabr 2018-ci il tarixində Vaşinqtonda Beynəlxalq Fələstin Muxtariyyət Təşkilatının ofisinin bağlanması, ABŞ-ın Fələstinin hüquqi statusuna əhəmiyyət verməməsi istiqamətində atdığı bir addım idi.

Bütün bunlar Trampın hakimiyyətə gəldiyindən bəri Fələstin məsələsinə son qoymaq və Ərəb-İsrail münasibətlərini tamamilə normallaşdırmaq üçün “əsrin müqaviləsi” təklif etdiyi və ərəb ölkələrini bu məsələni qəbul etməsi üçün təzyiq göstərdiyi bir vaxtda baş verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − two =