İzmirdəki zəlzələdə ölənlərin sayı artdı

İzmirdəki zəlzələdə ölənlərin sayı artdı

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 115-ə çatıb.

“Ölkə.Az” modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumatda qeyd edilir ki, yeraltı təkanlar zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən vətəndaşlardan biri həyatını itirib. Hadisə zamanı yaralanan minə yaxın vətəndaşdan 26-nın müalicəsi davam etdirilir.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində yerli vaxtla saat 14.51-də 6,6 bal gücündə zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − fourteen =