İraqda İŞİD-in qətlə yetirdiyi iki minə yaxın insanın cəsədlərinin atıldığı dərəyə baxış keçiriləcək

İraqda İŞİD-in qətlə yetirdiyi iki minə yaxın insanın cəsədlərinin atıldığı dərəyə baxış keçiriləcək

İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərinin cənub-qərbində yerləşən əl-Xasfa adlı dərin və böyük quyu İŞİD-in ən dəhşətli cinayətinin şahididir. Yerli mənbələr burada iki minə yaxın cəsədin atıldığını bildirirlər.

SalamNews İraq mətbuatına istinadla xəbər verir ki, ölkənin Nazirlər kabinetinin müşavirlərindən biri Səd əl-Əbdəlinin sözlərinə görə hökumətin müvafiq qurumları əl-Xasfa quyusunda araşdırmaya başlamaq istəyir.

Lakin İraq rəsmisi bu iş üçün beynəlxalq mütəxəssislərin olmasını zəruri hesab edib.

Yüzlərlə metr dərinlikdə olan bu təbii quyuya terror təşkilatı tərəfindən iki minə yaxın cəsədin atıldığı və üzərinə çoxlu daş və torpağın töküldüyü deyilir.

Quyunun belə dərin olmasının səbəbi qədimi zamanlarda bura kamet daşının düşməsi ilə əlaqələndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − one =