Şəhid general Süleymaninin terror edilməsindən sonra onun çantasını kim oğurlayıb?

Şəhid general Süleymaninin terror edilməsindən sonra onun çantasını kim oğurlayıb?

İslam Cümhuriyyəti (Jomhouri-e Eslami) qəzeti iraqlı bir jurnalistə istinadən İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) Qüds Korpusunun sabiq komandiri general leytenant şəhid Hacı Qasım Sülymaninin qətlinin əsas icraçısı haqqında məlumat paylaşıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, qəzet iraqlı jurnalist Nəcah Məhəmməd Əlinin yazdığı tvitdə bunları qeyd etdiyini bildirib: “Şəhid general Süleymaninin qətlində əsas ittiham olunan Bağdad hava limanının kəşfiyyat zabiti Talal Naci, İraqın Böyük Britaniyadakı səfirliyinə sığınıb.

O, casusluq etməkdə, şəhid general Hacı Qasım Süleymaninin və şəhid Əbu Mehdi Əl-Mühəndisin Bağdad hava limanına gəlişini və gedişini amerikalılara açıqlamaqda və şəhid generalın çantasını oğurlamaqda ittiham olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + one =