“Əl-Ərəbiyyə” telekanalı Baydenin seçilməsinə qəzəblənib: “Köpəklər Ağ Evə qayıdır”

“Əl-Ərəbiyyə” telekanalı Baydenin seçilməsinə qəzəblənib: “Köpəklər Ağ Evə qayıdır”

Eastnews.org-un verdiyi xəbərə görə, “Əl-Ərəbiyyə” telekanalı Co Baydenin şəklinin yayımlanması və bunun üçün bir başlıq seçilməsi ilə mübahisəli vəziyyətə imza atıb.

Məlumata görə, ABŞ-da keçirilən prezident seçkilərində Co Baydenin qələbəsindən sonra kiber məkanda “Əl-Ərəbiyyə” şəbəkəsinin hesabı sosial şəbəkələrdə çox mübahisələrə səbəb olan şəkli başlıq ilə yayımlayıb.

“Əl-Ərəbiyyə” Bayden və köpəyinin şəklini yayımlayıb və üzərinə yazıb:

“Köpəklər Ağ Evə qayıdır”. “Əl-Ərəbiyyə”nin bu addımı kiberməkandakı bir çox ərəbdilli fəalların şəbəkəni kəskin tənqid etməyinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + twenty =