Morales geniş ictimai qarşılama fonunda ölkəsinə daxil oldu

Morales geniş ictimai qarşılama fonunda ölkəsinə daxil oldu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Amerikanın New York Times qəzetinin yazdığına görə, Boliviyanın keçmiş Prezidenti İvo Morales geniş ictimai kütlənin qarşılaması ilə Bazar ertəsi günü Argentina sərhəddindən ölkəsinə daxil oldu.

Medianın yazdığına görə, Moralesin Boliviyaya gəlişində Argentina Prezidenti Alberto Fernandez də iştirak edib.

İvo Morales ölkəyə gəldikdən sonra verdiyi açıqlamada müvəqqəti hökumətin milyardlarla dollar borc yığdığını söylədi.

Yerigəlmişkən, Boliviya Prezident seçkilərində Sosialistlərin dəstəklədiyi namizəd Luis Arsi seçkiləri qazanıb. Arseni Boliviyanın keçmiş Prezidenti İvo Morales dəstəkləyir.

Xatırladaq ki, Moralesin yenidən Prezident seçilməsinə qarşı etirazlardan sonra, o, 10 Noyabr 2019-cu ildə istefa etdi və əvvəlcə Meksikaya, daha sonra isə Argentinaya getdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + thirteen =