Taliban ABŞ-ın yeni prezidentini sülh müqaviləsinin şərtlərinə əməl etməyə çağırıb

Taliban ABŞ-ın yeni prezidentini sülh müqaviləsinin şərtlərinə əməl etməyə çağırıb

Taliban yeni ABŞ Administrasiyasından sülh müqaviləsində yer alan əcnəbi qüvvələrin çıxarılması şərtinin həyata keçirilməsini istəyib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Taliban hərəkatı ABŞ seçkilərinin nəticələri haqda bildirdiyi ilk münasibətdə mövqe bildirib.

Taliban ABŞ-da formalaşdırılacaq yeni hökumətdən tələb edib ki, cari ilin fevralında hərəkatla Vaşinqton arasında imzalanan sülh müqaviləsinin şərtlərinə, xüsusilədə əcnəbi qüvvələrin Əfqanıstandan 14 ay ərzində çıxarılması tələbinə əməl etsin.

Qeyd edək ki, Əfqanıstanla bağlı ABŞ-la Taliban arasında anlaşma baş tutsa da ölkədaxili danışıqlar hələ də nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =