İsrail rejiminin təyyarəsi Məkkə üzərindən uçdu

İsrail rejiminin təyyarəsi Məkkə üzərindən uçdu

Hindistana uçan İsrail rejiminin təyyarəsinin Məkkə və Ciddə şəhərləri üzərindən keçdiyi qeyd edilib.

Deyerler.org .org Anadolu-ya istinadən xəbər verir ki, sionist rejimin “Yedioth Ahronoth” qəzetinin aviasiya redaktoru İtay Blumental Twitter profilində bu barədə məlumat verib: “Çox gözəl. Dünən Ben Qurion Beynəlxalq Hava Limanından Efiopiya üzərindən Hindistana uçan İsrail rejiminin təyyarəsi Ciddə və Məkkə şəhərlərinin səmalarını da istifadə etdi”.

Blumenthal mesajında təyyarənin “sola dönərkən və Ciddə və Məkkə şəhərləri üzərindən uçarkən Qırmızı dənizdə düz bir xətt üzrə uçduğunu” göstərən uçuşlara nəzarət şirkətinə aid sənəd də daxil edib.

Məsələ ilə bağlı Səudiyyə rejiminin səlahiyyətlilərindən açıqlama verilməyib.

İsrail rejiminin baş naziri Netanyahu 6 mart 2018-ci ildə Səudiyyə rejiminin Hindistandan İsrail rejiminə uçan təyyarələrə hava məkanından istifadəyə icazə verdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =