Donald Tramp müdafiə nazirini istefaya göndərib

Donald Tramp müdafiə nazirini istefaya göndərib

ABŞ seçkilərində məğlub olan Donald Tramp müdafiə naziri Mark Esperi istefaya göndərib.

SalamNews CNN-ə istinadla xəbər verir ki, Donald Tramp müdafiə naziri Mark Esperin istefaya göndərilməsi xəbərini rəsmi tvitter səhifəsində verib.

Tramp Terrorla Mübarizə Milli Mərkəzin sədri Kristofer Milleri istefaya göndərilmiş nazirin yerinə təyin edib.

ABŞ mətbuatı son dönəmlərdə Trampla Esperin ixtilaflarından yazırdılar. Bir sıra ekspertlər Trampın məğlub olmasından az sonra və Ağ Evdən getməsi ərəfəsində belə bir addım atmasını, prezidentin şəxsi qərəzləri üzərindən siyasət yürütdüyünün əlaməti olduğunu iddia edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =