Sudan xalqı: “Buğda və yanacaq üçün dəyərlərimiz satıla bilməz!”

Sudan xalqı: “Buğda və yanacaq üçün dəyərlərimiz satıla bilməz!”

Sudandakı bir çox siyasi partiya və qeyri-hökumət təşkilatı (QHT) “İsrail rejimi ilə razılaşmaya müqavimət göstərmək üçün Sudan Xalq Qüvvələri” adlı təsisat formalaşdırıb.

Deyerler.org xəbər verir ki, Xalq Konqresi Partiyası, İndi İslahat Hərəkatı, Ədalətli Sülh Platforması Partiyası, Müstəqil Gənclər Birliyi, Sudan Şurası, Müsəlman Qardaşları Təşkilatı, Razılaşmaya Qarşı Akademiklər Dərnəyi və Razılaşmaya Qarşı Mətbuat Üzvləri Dərnəyi də daxil olmaqla 28 partiya, təşkilat və QHT, paytaxt Xartumda təşkil etdikləri təqdimat toplantısından sonra “İsrail rejimi ilə razılaşmaya müqavimət göstərmək üçün Sudan Xalq Qüvvələri” adlı müqaviləyə imza atıblar.

Sudan Xalq Qüvvələrinin nümayəndəsi Daifullah Tac Əs-Sir jurnalistlərə verdiyi açıqlamasında bunları deyib: “Bizim sərvətlərimizi oğurlamağa gələn işğalçı sionistlərlə normallaşma faydasızdır”.

İsrail rejimi ilə normallaşmanı rədd edən bütün siyasi partiyaları və hərəkatları bu sazişə qoşulmağa çağıran Əs-Sir, bir milyon imza toplamaq üçün razılaşma əleyhinə kampaniya başlatdıqlarını açıqlayıb.

Xalq Konqresi Partiyasının liderlərindən biri olan Tariq Babəkir də normallaşmanın siyasi, iqtisadi və ictimai ölçülərinin olduğunu qeyd edərək, belə danışıb: “Hökumət buna buğda və yanacaq problemi kimi baxır, lakin az mənfəət üçün Sudanın dəyərlərini satır”.

Azadlığı və demokratiyanı tanımayan diktator yetişdirəcəyi üçün Sudandakı bütün azad siyasi qüvvələri, normallaşmadan imtina etməyə dəvət etdiklərini qeyd edən Babəkir, belə davam edib: “Şərqə və Qərbə ayırmadan, paytaxtı Qüds olan bütün torpaqları ilə Fələstinin yanındayıq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =