Bəşər Əsəd: “Qərb suriyalı qaçqınlardan siyasi hədəflərə çatmaq üçün istifadə edir”

Bəşər Əsəd: “Qərb suriyalı qaçqınlardan siyasi hədəflərə çatmaq üçün istifadə edir”

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya prezidenti suriyalı qaçqınların qayıdışı konfransında video çıxışı zamanı Qərbin suriyalı qaçqınlardan siyasi hədəflərə çatmaq üçün istifadə etdiyini açıqlayıb.

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə “Suriyalı qaçqınların qayıdışı” konfransında video çıxış edib.

Çıxışının əvvəlində Əsəd Suriyanın qaçqınlarına qarşı Qərbin düşmən hərəkətlərinə toxunaraq bildirib:

“Qərb suriyalı qaçqınları siyasi hədəflərə çatmaq üçün istifadə edir. Həqiqət budur ki, Qərb ölkələri suriyalı qaçqınların evlərinə qayıtmasının qarşısını alır. “Çubuq və yerkökü” siyasətindən istifadə edərək köçkünlərin yaşayış yerlərinə qayıtmalarının qarşısını alır.

Suriyalı qaçqınları geri qaytarmaq üçün hər cür səy göstərdik və inanırıq ki, köçkünlərin sonuncusu yaşayış yerlərinə qayıtmalıdır. Buna baxmayaraq, bu səylərə bir çox maneələr görürük. Başqa ölkələrdə yaşayan bir çox suriyalı ölkələrinə qayıtmaq istəyir və bu məsələ gizlədilə bilməz. Suriyalı qaçqınlar Qərb ölkələrinin Suriyada terrorizmə dəstək siyasətini qətiyyətlə pisləyirlər”.

Bəşər Əsəd ABŞ və Qərb ölkələrinin Suriya xalqını didərgin salmaqdakı roluna toxunaraq vurğulayıb:

“ABŞ və Qərbin terrorizmi dəstəkləyərək çox sayda suriyalını didərgin saldığı bir həqiqətdir. 2014-cü ildə İŞİD-i dəstəkləyən və Suriyada sabitliyin qarşısını alan ABŞ və Qərb idi. Suriyanın dövlət qurumları on minlərlə köçkünün ölkələrinə qayıtması üçün lazımi tənzimləmələri həyata keçirmək üçün bu günə qədər əhəmiyyətli bir irəliləyiş əldə edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + eighteen =