Sionist həbsxanada tibbi səhlənkarlıq səbəbindən bir fələstinli məhbus şəhid oldu

Sionist həbsxanada tibbi səhlənkarlıq səbəbindən bir fələstinli məhbus şəhid oldu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrail səlahiyyətlilərinin tibbi səhlənkarlığı üzündən bu gün İsrail həbsxanasında daha bir fələstinli məhbus şəhid oldu.

Fələstin Nadi Əl-Əsir Dərnəyi işğal olunmuş ərazilərdəki Cəlbu həbsxanasında koronaya yoluxmuş bir fələstinli məhkum Kamal Abu Vərin şəhid olduğunu elan etdi.

Əl-Məyadin şəbəkəsinə görə, Əbu Vər xərçəngdən əziyyət çəkirdi və işğalçı rejimin həbsxanalarında korona yayıldıqdan bəri, rejim rəsmiləri bu məhbusun və digər xəstə və ya yaşlı məhkumların sərbəst buraxılması ilə bağlı təkrar tələblərinə məhəl qoymadılar.

Fələstinli məhkum 2003-cü ildən bəri əsirlikdə idi və altı dəfə ömürlük və bir dəfə də 50 illik həbs cəzasına məhkum edilmişdi.

Fələstin Müqavimət Komitələri: “Sionist rejimin tibbi səhlənkarlığı nəticəsində fələstinli məhbus Əbu Vərin şəhid olması düşmənin faşizminin açıq və yeni bir dəlilidir.” – deyə bildirib.

Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) sözçüsü Hazim Qasim də açıqlama verib:

“Tibbi səhlənkarlıq nəticəsində Əbu Vərin işğalçı rejimin həbsxanalarında şəhid olması işğalçı düşmənin sadizmini və vəhşiliyini göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fourteen =