Moskva: ABŞ Suriyada İŞİD qüvvələrinə təlim verir

Moskva: ABŞ Suriyada İŞİD qüvvələrinə təlim verir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Rusiya-Suriya Qaçqınların Dönüşü Üzrə Koordinasiya Mərkəzinin rəhbəri ABŞ qüvvələrinin onlarla İŞİD üzvünü Suriyada özünə bağlı silahlı qruplaşmalarda istifadə etmək üçün təlim keçdiyini söylədi.

Rusiya-Suriya Qaçqınların Dönüşü Üzrə Koordinasiya Mərkəzinin rəhbəri ABŞ qüvvələrinin Suriyadakı Əl-Əhval düşərgəsində 30 İŞİD məhbusundan silahlı birləşmələr yaratmaq üçün istifadə etdiyini bildirib.

Sputnik-in məlumatına görə, Moskva dəfələrlə ABŞ-ı Rukban və Əl-Əhval düşərgələri daxil olmaqla Suriya hökumətinin nəzarəti xaricindəki yüzlərlə qaçqın düşərgəsini bağlamağa çağırıb.

Suriyalı Qaçqınlarla bağlı Beynəlxalq Konfransda Mixail Misentsev “Bu İŞİD məhbusları amerikalı təlimçilərin nəzarəti altında iki aylıq təlim kursu keçirlər.” –deyə bildirib.

Bölgədəki bəzi ölkələrin və bəzi Qərb güclərinin dəstəyi ilə terror qruplarının Suriyaya qarşı apardıqları müharibədən sonra minlərlə suriyalı ailə ölkədən didərgin düşərək Türkiyə, Livan və İordaniya kimi qonşu ölkələrdəki daha təhlükəsiz yerlərə köçdü.

Bu gün Dəməşqdə 27 ölkədən olan nümayəndə və bir neçə beynəlxalq təşkilatların iştirakı ilə Suriya Qaçqınlar Sammiti keçirilib. Dəməşq Sammitdə üç ərəb ölkəsinin iştirak etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =