İraq Həşdi Şəbi qüvvələrinin başçısı Suriyaya gedib

İraq Həşdi Şəbi qüvvələrinin başçısı Suriyaya gedib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Xəbər mənbələri İraqdakı Həşdi Şəbi başçısı Faleh Əl-Fayyazın Suriya Prezidenti Bəşər Əsədlə görüşmək üçün bu gün (çərşənbə) Suriyanın paytaxtı Dəməşqə gəldiyini bildirdi.

Bu səfər, bu gün günortadan sonra Dəməşq konfrans mərkəzində başlayan və Bəşər Əsəd tərəfindən açılışı həyata keçirilən Suriyalı Qaçqınların Geri Qayıtması ilə bağlı beynəlxalq konfransın keçirilməsinə təsadüf edir.

İki gün davam edəcək konfransda qaçqınların Suriyaya qayıtmasını asanlaşdırma yollarını araşdırmaq məqsədi ilə müxtəlif ölkələrdən nümayəndələr iştirak edib.

Bəşər Əsəd çıxışında Suriyaya kömək edən ölkələri təriflədi və 2014-cü ildə İŞİD-i Suriyaya göndərən Avropa ölkələrinin və ABŞ-ın qaçqınlar məsələsindən sui-istifadə etdiyini və siyasi məqsədlər üzündən onların geri dönmələrinin qarşısını aldığını vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =