ABŞ-ın bölgədə xərclədiyi milyonlar boşa çıxdı -Təfərrüat

ABŞ-ın bölgədə xərclədiyi milyonlar boşa çıxdı -Təfərrüat

Eastnews.org-un verdiyi xəbərə görə, Beynəlxalq Livan Müqavimət Alimləri Birliyinin rəhbəri ABŞ-ın bölgədəki layihələrinin uğursuz olduğunu və İranın Qərbi Asiyada böyük bir gücə çevrildiyini söyləyib.

“ABŞ-ın yeni prezidentinin seçilməsi ABŞ-ın bölgə ilə bağlı gələcək siyasətləri barədə spekulyasiyaları artırıb. ABŞ xarici siyasəti sabit olsa da və prezidentlərin dəyişməsi kölgəsində dəyişməyəcəksə də qeyd etmək lazımdır ki, ABŞ-ın bölgədəki rolu hazırda azalmaqdadır, beləliklə, ABŞ-ın bölgədəki fərqli ölkələrdə həyata keçirdiyi layihələr göstərir ki, Vaşinqtonun İraqda, Yəməndə, Suriyada, Livanda planları və layihələri ABŞ-ın istədiyi kimi getmədi və iflas etdi. Amerikalılar bir neçə dəfə müqaviməti hədəf ala bilmədi. 2006-cı ildə müqaviməti məğlub edə bilmədilər.

Vaşinqton, həmçinin Suriya prezidenti Bəşər Əsəd hakimiyyətini də devirə bilməyib”, – bu sözləri Beynəlxalq Livan Müqavimət Alimləri Birliyinin prezidenti Şeyx Mahir Hammud müsahibəsi zamanı bildirib.

ABŞ-ın Livandakı hərəkətləri və Vaşinqtonun ölkənin siyasi arenasına müdaxiləsi barədə danışan Mahir Hammut bildirib:

“ABŞ Livandakı nüfuzunu genişləndirmək üçün çox çalışır. Vaşinqtonun “Hizbullah”ı dövlət və qeyri-hökumət vəzifələrindən uzaqlaşdırmağa çalışdığına inanıram, ancaq bu hədəfə çata bilmir. Buna görə Livandakı “Hizbullah”ı mümkün qədər zəiflətməyə çalışır. Livandakı müqavimət keçmişdə ən sıx təzyiqə məruz qalmış və bu mərhələləri keçə bilmişdir. Livanda siyasi, dini və iqtisadi müharibələrin şahidi olduq, ancaq Allah İslam yolunda gedən və düşmənlərə qarşı duran möminlərə kömək edir. 2006-cı ildə müqaviməti məğlub edə bilmədilər. Hər kəs 2006-cı il müharibəsinin ABŞ-ın qərarı və sionist rejimin hərəkəti ilə başladığını bilir. Vaşinqton Suriya prezidenti Bəşər Əsəd rejimini devirə bilmədi. Amerikalılar bu planı həyata keçirmək üçün milyardlarla dollar xərclədilər və həyata keçirmək üçün ərəb və qeyri-ərəb ölkələrinin köməyini istədilər, lakin nəticədə uğursuz oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =