Boliviya İran və Venesuela ilə diplomatik əlaqələri bərpa etdi

Boliviya İran və Venesuela ilə diplomatik əlaqələri bərpa etdi

Boliviyanın yeni prezidenti Venesuela və İranla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, əvvəlki müvəqqəti hökumət dövründə korlanmış münasibətləri bərpa etdiyini söyləyib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Luis Arsenin rəhbərlik etdiyi yeni Boliviya hökuməti, Tehran və Karakasla diplomatik əlaqələrin bu gün səhər (12 noyabr) bərpa olunduğunu elan edib.

Reuters xəbər verir ki, Boliviyada hakimiyyətə gəldikdən cəmi üç gün sonra Arse İran və Venesuelanın yeni səfirlərinin etimadnamələrini qəbul edib və ölkəni dəyişdirmək istədiyini bildirib.

Yeni Boliviya hökuməti Janin Anezin rəhbərlik etdiyi əvvəlki müvəqqəti hökumət tərəfindən gərginləşən və korlanmış diplomatik münasibətləri bərpa etmək istədiklərini bildirib.

Arse şəxsi Twitter səhifəsində İran və Venesuelanın yeni səfirlərinin etimadnamələrinin şəkillərini paylaşaraq, bunları yazıb: “Xalqımızın rifahı naminə strateji əlaqələri gücləndirmək məqsədi ilə ikitərəfli münasibətləri canlandırırıq”.

O, yeni İran səfiri barədə bunları qeyd edib: “Boliviyada onlar (iranlılar) həmişə xoş qarşılanır. Xalqımızın rifahı naminə ortaq layihələri gücləndirməyə davam edəcəyik”

Bazar günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Boliviyaya səfər etmişdi və Arse ilə, həmçinin müavini ilə görüşmüşdü.

Boliviya İran və Venesuela ilə diplomatik əlaqələri bərpa etdi
Boliviya İran və Venesuela ilə diplomatik əlaqələri bərpa etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 15 =