Misirin şimalında helikopter qəzaya uğrayıb, altı ABŞ vətəndaşı ölüb
Misirin Şimali Sina əyalətində ekipajının çoxu xarici vətəndaşlar olan bir helikopter qəzaya uğrayıb.
SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, Şimali Sinada qəzaya uğrayan helikopterin ekipajının çoxu xarici hərbi müşahidəçilər olub.
Məlumata görə ölənlərdən altısı ABŞ, biri fransalı digəri isə çexiyalıdır.
Misirin aidiyyatı qurumları bölgəyə yardım qüvvəsi göndərib.
Digər məlumata görə qəzada sağ qalan amerikalı yaralılardan biri artıq İsrail tərəfə təhvil verilib.
Helikopterin qəzaya uğrama səbəbi hələ məlum deyil.