Yəmənlə bağlı növbəti xəbərdarlıq edildi
Eastnews.org-un verdiyi xəbərə görə, BMT Yəməndəki humanitar böhran ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Bu barədə verilən bəyanatda bildirilir.
Vurğulanır ki, Yəməndə humanitar faciə üçün artıq geri sayım başlayıb.
“Yəmən böhranı dərinləşdikcə bu ölkədə xəstəliklər və aclıq da şiddətlənir. Məsələnin həlli üçün bütün tərəflər məsuliyyət daşıyaraq hərəkət etməlidirlər”, – deyə bəyanatda qeyd olunub.