Fransa ABŞ-ı İraq və Əfqanıstandakı qüvvələrini çıxarmamağa çağırıb

Fransa ABŞ-ı İraq və Əfqanıstandakı qüvvələrini çıxarmamağa çağırıb

Fransa ABŞ-dan hərbi qüvvələrini İraq və Suriyadan bu tezliklə çıxarmamağı istəyib.

SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Jan-İv Le Drian ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə mövqe bildirib.

Fransa xarici işlər naziri bölgədə “radikal islamçılıqla” mübarizənin davam etdirildiyini bildirib və bu hadisələr fonunada İraq və Əfqanıstandakı ABŞ qüvvələrinin çıxarılmamasını istəyib.

Qeyd edək ki, ABŞ-la Taliban hərəkatının sazişinə əsasən Vaşinqton qarşıda gələn 8 ay ərzində Əfqanıstandakı bütün qüvvələrini çıxarmalıdır.

Eləcə də İraq Parlamenti cari ilin yanvarında ABŞ qüvvələrinin ölkədən çıxmasına səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − sixteen =