Uşaqlı müsəlman ailə islamofobların hücumuna məruz qalıb

Uşaqlı müsəlman ailə islamofobların hücumuna məruz qalıb

ABŞ-ın tanınmış insan haqları təşkilatı, parkda müsəlman ailəsinə edilən hücumla əlaqədar olaraq Nyu-York polisini nifrət zəminində cinayət işi açmağa çağırdı. Amerika İslam Münasibətləri Şurası verdiyi açıqlamada, təcavüzkarların bir kişi və bir qadın olduğunu, öz evlərinin qarşısında uşaqlarının gözü qabağında Xalid Əlini və həyat yoldaşını təhqir edərək fiziki hücum etdiyini söyləyib.

“Deyerler.org”un islamnews.ru-ya istinadən verdiyi xəbərə görə, təcavüzkarlar Xalid və həyat yoldaşına fiziki xəsarətlət yetirərək islamofobik təhqirlər səsləndirib, daha sonra yoldaşı polis çağırıb, cinayətkarlar hadisə yerindən qaça bilib. Daha çox zərər çəkmiş Əli üzündəki ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Polis sözçüsü Edvard Rayli öz növbəsində, hadisədə nifrət cinayətinə dair dəlilin olmadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 8 =