ABŞ-ın Livanda istəyinə nail ola bilməyəcəyi qeyd olundu
Eastnews.org-un verdiyi xəbərə görə, “Beynəlxalq Müqavimət Alimləri Birliyi”nin sədri Şeyx Mahir Hammud Livanla bağlı danışıb.
Şeyx Mahir Hammud açıqlamasında bildirib ki, ABŞ-ın Livanda atdığı addımlar müqavimət cəbhəsini heç bir halda zəiflədə bilməz.
“ABŞ Livandakı təsirini daha da artırmaq istəyir. Lakin buna nail ola bilməyəcək”, – deyə Şeyx Mahir Hammud diqqətə çatdırıb.
O qeyd edib ki, ABŞ “Hizbullah” hərəkatını Livan hökumətindən uzaqlaşdırmağa çalışır.