Pakistanın baş naziri: İsraili tanımaq üçün İslamabada təzyiqlər edilir

Pakistanın baş naziri: İsraili tanımaq üçün İslamabada təzyiqlər edilir

“Bəzi dövlətlər Pakistana təzyiqlər göstərirlər.  Təzyiqlərdən məqsəd budur ki, İslamabad İsraili rəsmən tanısın.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Pakistanın baş naziri İmran Xan ölkə radiosuna mühasibəsində deyib.

Bir neçə ərəb ölkəsinin son aylarda İsraillə əlaqələri rəsmiləşdirdiyinə münasibət bildirən İmran Xan qeyd edib ki, bəzi dövlətlər İslamabada da İsraili rəsmən tanımaqla bağlı təzyiqlər göstərir.

Lakin o əlavə edib ki, Pakistanın bu məsələdə şərti, Fələstin məsələsinin həllindən ibarətdir.

Qeyd edək ki, sentaybr ayında BƏƏ və Bəhreyn, oktyabr ayında isə Sudan İsraillə əlaqələri normallaşdırmaq və rəsmiləşdirməklə bağlı saziş imzalayıblar. İsraillə əlaqələri rəsmiləşdirdiyini bildirən ərəb dövlətlərinin sayı 5-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 1 =