Ağ Ev Trampın qalib gələcəyini düşünərək işinə davam edəcək

Ağ Ev Trampın qalib gələcəyini düşünərək işinə davam edəcək

ABŞ-ın yüksək səviyyəli rəsmisi, Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəldiyini düşünərək, Ağ Evin işinə davam edəcəyini söyləyib.

Deyerler.org xəbər verir ki, prezident Donald Trampın baş məsləhətçisi Peter Navarro Fox News-a açıqlamasında bunları deyib: “Trampın ikinci müddətə prezident olacağı düşüncəsi ilə burada Ağ Evdə işləyirik.

Burada axtardığımız təsdiqlənə bilən səslərdir. İmzalanmış ifadələrdə artan qanun pozuntuları iddialarını araşdırmaq istəyirik.

Ancaq statistik olaraq baş verənlərə baxsaq, prezident seçkilərdə açıq-aşkar qalib gəldi və seçki günü qabaqda idi, ancaq seçki günündən sonra bəzi əsas ştatlarda prezidentin önünə keçmək üçün lazım olan səsləri aldılar.

Qiymətləndirməmiz budur ki, Tramp ikinci müddətə prezident olacaq. Qalib gəldiyini düşünürük”.

Dünən (13 noyabr) Donald Tramp Twitter profilində ABŞ prezident seçkilərində “geniş yayılmış saxtakarlıq” adlandırdığı barədə yeni rəqəmlər paylaşıb.

Tramp Amerika Dominion Voting System şirkətinin 2,7 milyon səsini kəsdiyini iddia edib: “(Dominion) Trampın ümummilli səslərinin 2.7 milyon səsini sildi. Verilənlərin təhlili göstərir ki, 221.000 Pensilvaniya səsi prezident Trampdan Baydenə dəyişdirilmişdir. Trampın 941.000 səsi silindi. Dominion sistemlərindən istifadə edən ştatlarda 435.000 səsin Trampdan Baydenə dəyişdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 7 =