Yaponiya hava qüvvələrini Çin və Rusiyaya görə gücləndirmək niyyətindədir
Eastnews.org-un verdiyi xəbərə görə, Yaponiya Müdafiə Nazirliyi Rusiya və Çinin qırıcı təyyarələrdə sayca üstünlüyə sahib olduqları üçün hava hücumundan müdafiə qabiliyyətinin artırılmasının lazım olduğunu açıqlayıb.
NHK telekanalı xəbər verir ki, müvafiq bəyanat yeni Yaponiya qırıcılarının inkişafı layihəsinin müzakirəsi ilə əlaqədar dövlət xərclərinin müxtəlif maddələrinə dair hökumət iclasında elan edilib.
Müdafiə Nazirliyindən məsul şəxs Yaponiya ətrafında getdikcə çətinləşən vəziyyətə görə özünümüdafiə qüvvələrini gücləndirməyin lazım olduğunu elan edib və Çin ilə Rusiyanın “üç qat daha çox qırıcısı” olmasıyla əsaslandırıb.