Seneqallı siyasətçi Peyğəmbəri (s) müdafiə edərək “Şərəf Medalı”nı Fransaya qaytardı

Seneqallı siyasətçi Peyğəmbəri (s) müdafiə edərək “Şərəf Medalı”nı Fransaya qaytardı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Keçmiş bir seneqallı nazir Peyğəmbəri (s) müdafiə edərək Fransadan aldığı fəxri medalını ölkəsindəki Fransa səfirliyinə qaytardı.

Seneqallı siyasətçi və keçmiş nazir Amado Tijan Von Fəxri Medalını (Cəngavər medal) Fransa Prezidenti Emmanuel Makrona qaytararkən ona yazdı: “Müqəddəs səbəblərdən, bu medalı şagirdlərə Peyğəmbərin (s) təhqiramiz görüntülərini göstərən müəllim Samuel Patti ilə bölüşməkdən qürur duymuram.”

O, Fransa Prezidentini sərgüzəşt sevən insanları qəhrəmana çevirməyə çalışmaqda günahlandıraraq, Peyğəmbərin (s) müdafiəsi üçün Fransa Cəngavər medalını Dakardakı Fransa səfirliyinə təslim etdiyini söylədi.

Bir müddət ölkəsinin Kanadadakı səfiri olan Tijan Von bu medalı aldığı dövrdə onu bir qardaşlıq və bərabərlik simvolu kimi qəbul etdiyini, amma Peyğəmbəri (s) müdafiə etməyin onun üçün müvəqqəti bir şərəfdən daha vacib olduğunu bildirib. Əlavə edib: “Çünki mən müsəlmanam və gündə bir neçə dəfə müsəlman olmağıma şəhadət verirəm.”

Parisdə İslam Peyğəmbərinin (s) təhqiramiz şəkillərini siniflərdə nümayiş etdirən fransız tarix müəlliminin öldürülməsindən sonra, Makron ifadə azadlığı bəhanəsi ilə ölkəsində bu şəkillərin yayımlanmasına dəstək verəcəyini vurğuladı. Makronun davranışından sonra İslam ölkələrində etiraz mitinqləri və xalq hərəkatları başladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =