BMT və Ali-Səud Yəmən xalqına qarşı əl-ələ verib

BMT və Ali-Səud Yəmən xalqına qarşı əl-ələ verib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə koalisiyasının hərtərəfli mühasirəsi və hücumları bu günlərdə yəmənlilərin vəziyyətini daha da çətinləşdirdi.

Səudiyyə-Amerika koalisiyasının Yəməni işğal etməsindən təxminən altı il keçir. Bu hərbi təcavüz və hərtərəfli mühasirə bu ölkədəki xalq inqilabını məğlub etmək və Yəmənin istefaya göndərilmiş Prezidenti Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq üçün həyata keçirilir.

Yəmən inqilabından sonra Mansur Hadi istefa etdi və Səudiyyə Ərəbistanına qaçdı. Ali-Səudun ərəb müttəfiqləri xalqın müqavimətini və müharibənin təsirsizliyini gördükdən sonra, yavaş-yavaş koalisiyadan çıxdı və yalnız BƏƏ müharibədə hərbi iştirakını bu günə qədər davam etdirir.

Səudiyyə təcavüzkarları Cümə axşamı quru, su və hava yollarının bağlanması siyasəti çərçivəsində Yəmən xalqına məxsus 320000 ton neft məhsulları daşıyan 17 gəmi və ərzaq daşıyan 3 gəmini oğurladılar. Halbuki, həmin gəmilər üçün Cibutidə beynəlxalq lisenziyalar alınıb.

Yəmənə edilən bu açıq işğalı boyunca Səudiyyə koalisiyası ABŞ və Sionist rejim tərəfindən birbaşa və dolayı maliyyə, hərbi, siyasi, təhlükəsizlik və kəşfiyyat dəstəyindən istifadə etdi.

Hərbi təcavüz indiyədək yüz minlərlə yəmənlinin öldürülməsi və yaralanması, milyonlarla məhrum vətəndaşın didərgin düşməsi və infrastrukturun dağıdılması və ölkədə aclıq və yoluxucu xəstəliklərin yayılmasından başqa, bir şey ilə nəticələnməyib.

Birləşmiş Millətlər Təşkilatının cümə axşamı bir hesabatında deyilir ki, 2020-ci ilin ilk 9 ayında 1500-dən çox Yəmənli mülki şəxs öldürüldü və ya yaralandı və öldürülənlərin 42 %-i qadın və uşaqlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + three =