İran və Azərbaycan dini elmlər sahəsində həmkarlıq edəcək

İran və Azərbaycan dini elmlər sahəsində həmkarlıq edəcək

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Qurbanəli Purmərcan Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi ilə görüşüb.

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisinin Aİİ-nin rəhbəri Aqil Şirinovla keçirdiyi bu görüş iki ölkənin təhsil ocaqları arasında İlahiyyat və İslam Maarifi sahəsində elmi həmkarlıqlar barədə söhbət edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rəisi Aqil Şirinov rəhbərlik etdiyi təhsil ocağının elmi fəaliyyətləri və gələcək proqramlarından danışaraq deyib: İnstitutun dördüncü təhsil ilində, yəni qarışıdan gələn təhsil ilində tələbələrə Fars dili də öyrədiləcək.

Aqil Şirinov bu görüşü iki ölkənin mədəniyyət və təhsil sahəsində atılmış müsbət addım kimi qiymətləndirib.

Aİİ-nin rəisi əlavə edib: Hər il universitetimiz tərəfindən iki dəfə elmi və üç dəfə maarifləndirici jurnal çap edilir. Çox istərdik ki, jurnallarımızda İranlı alim və mütəfəkkirlərin də Azəri, Fars, İngilis və Ərəb dillərində məqalələri çap və nəşr edilsin.

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Qurbanəli Purmərcan bu görüşdə İranın elm və təhsil ocaqlarında dini və humanitar elmlərin vəziyyəti barədə danışaraq bu sahədə hər bir həmkarlığa hazır olduqlarını vurğulayıb.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =