Əl-Bahiti: “Sionist koalisiyanın məqsədi müsəlmanların iradəsini zəiflətməkdir”
Yəmən hərəkatının siyasi bürosunun üzvü Ənsarullah Məhəmməd Əl-Bahiti, “Sionist koalisiyanın məqsədi müsəlmanların hədəflərinə çatmaq üçün göstərdiyi inam və iradələrini zəiflətməkdir”, – deyə söyləyib. Əl-Bahiti sionist koalisiyanın Əl-Qaidə və İŞİD terror qruplarını yaratmaqda məqsədin məhz buna xidmət etdiyini bildirib.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Əl-Bahiti “Twitter” səhifəsində yazıb: “Sionist koalisiyasının müsəlmanları hər bir yolla zəiflətmək istəyinə baxmayaraq, Yəmən xalqı millətin hədəflərinə və Quran buyuruşlarıana uyğun olaraq hərəkət etdi. Onun Amerika təcavüzünə qarşı dayanıqlılığı xalqı birləşdirmək üçün kifayətdir”.