İraq Hizbullah Kətaibi ABŞ-ın səfirliyi daxilindən şəkillər paylaşıb

İraq Hizbullah Kətaibi ABŞ-ın səfirliyi daxilindən şəkillər paylaşıb

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Hizbullahın İraq kəşfiyyat bölməsi ABŞ-ın Bağdaddakı səfirliyinin içərisindən xüsusi görüntülər yayımladı.

İraq Hizbullahının Kətaib kəşfiyyat bölməsi ABŞ-ın Bağdaddakı səfirliyinin içərisindən əldə etdiyi xüsusi bir fotonu yayımlayıb.

Washington Post müxbiri Twitter-dəki hesabından fotoya belə bir reaksiya verdi: “Hizbullahın Bağdaddakı ABŞ səfirliyinin içərisindən bir şəkil yayımlaması ABŞ-a açıq bir mesajdır.”

Bu şəkillərin paylaşılması Hizbullahın əvvələr İraqdakı ABŞ qüvvələrini şiddətli bir müharibə ilə təhdid etdiyi vaxta təsadüf edir.

Hizbullah sözçüsü Məhəmməd Muhəyya bir müsahibəsində amerikalıların İraqdan çıxmağını gecikdirməsi ilə bağlı heç vaxt susmayacağını və İraqdakı xarici qüvvələrə verilən şərti atəşkəsin ciddi qəbul edilməli olduğunu söylədi. Müqavimət Koordinasiya Şurasının verdiyi açıqlamada müqavimətin tezliklə başqa bir mərhələyə keçəcəyini bildirib.

Həmçinin, İraq müqavimətinin onlarla mübarizə aparmaq və planlarını pozmaq potensialının olması da açıqlanıb.

İraq Hizbullah Kətaib Müqavimət Qrupu təcavüzkarlara qarşı İraqın suverenliyinə hərtərəfli dəstək verməyə və İraq hökumətini bu mövzuda ciddi addımlar atmağa, xüsusilə ABŞ hərbçilərini İraqın hər yerindən çıxarmağa çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + five =