ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafında partlayış səsi eşidilib

ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafında partlayış səsi eşidilib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq polisi Bağdaddakı partlayışların şəhərdəki yaşıl bir əraziyə bir neçə raket düşməsi səbəbi ilə olduğunu söylədi.

KİV və xəbər mənbələri Bağdadın yaşıl bölgəsində bir neçə partlayış səsinin eşidildiyini bildirdi.

Livanın Əl-Məyadin şəbəkəsi çərşənbə axşamı günü ən azı bir raketin bölgəyə dəydiyini bildirdi. ABŞ səfirliyi Bağdadın bu bölgəsində yerləşir.

Bununla yanaşı, Saberin xəbər kanalı ABŞ səfirliyinə (hərbi bazaya) altı raket vurulduğunu açıqlayıb.

Məlumata görə, son aylarda Bağdaddakı ABŞ səfirliyində yerləşdirilən və CRM adı ilə tanınan ABŞ raketdən müdafiə sistemi hədəflərin qarşısını ala bilməyib. İraq polisi raketlərin Yaşıl Zonaya düşdüyünü təsdiqləyərək, raket atıldığını bildirən siren səslərinin Bağdaddan gəldiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 8 =