Pentaqon: ABŞ hərbçilərinin bir qismi yaxın saatlarda İraq və Əfqanıstandan çıxacaq

Pentaqon: ABŞ hərbçilərinin bir qismi yaxın saatlarda İraq və Əfqanıstandan çıxacaq

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Müdafiə Nazirinin katibi vəzifəsini icra edən Kristofer Miller ABŞ hərbçilərinin bir qisminin yaxın saatlarda İraq və Əfqanıstandan ayrılacağını açıqladı.

Miller bir mətbuat konfransında “İraqdakı ABŞ əsgərlərinin sayı 3200-dən 2500-ə endiriləcək.” – dedi.

Miller ABŞ Prezidenti Donald Trampın əsgərlərin İraq və Əfqanıstandan çıxarılması əmrlərinin Milli Təhlükəsizlik Şurası və hərbi komandirlər ilə məsləhətləşmədən sonra həyata keçiriləcəyini vurğuladı.

Hazırda Əfqanıstanda 4500 ABŞ əsgəri var. Miller əlavə edib ki, Əfqanıstandakı ABŞ əsgərlərinin sayı 2500-ə endiriləcək.

Onun sözlərinə görə, İraq və Əfqanıstandakı ABŞ əsgərlərinin sayının 2500-ə endirilməsi 2021-ci il yanvarın 15-dək başa çatacaq.

Bir saat əvvəl bir sıra ABŞ rəsmiləri ABŞ prezidenti Donald Trampın bütün ABŞ qoşunlarını Somalidən geri çəkmək niyyətində olduğunu elan etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − one =