İran səfiri Prezidentin “Dostluq sərhədi” dediyi videonu paylaşdı – Foto Video

İran səfiri Prezidentin “Dostluq sərhədi” dediyi videonu paylaşdı – Foto Video

İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi öz tvitter hesabında Azərbaycan Prezidentinin İranla sərhədi göstərərək “Dostluq sərhədi” adlandırdığı anın görüntülərini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, səfir sözügedən görüntüləri belə şərh edib:

“İran İslam Respublikası ilə Azərbaycan Respublikası ortaq tarixə, mədəniyyətə və dini köklərə bağlı ölkələrdir. “Bu səbəbdən hər iki dövlətin sərhədi sülh və dostluq sərhədinə çevrilib”.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında sözügedən səfərdən video paylaşıb. Görüntüdə dövlət başçısının maşını özü idarə etdiyi və əli ilə Araz çayıyla Azərbaycan-İran sərhədini göstərdiyi görünür. Həmçinin Prezident sərhədi göstərərkən “Dostluq sərhədi” ifadəsini işlədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 15 =