Yəməndə Səudiyyə koalisiyasının dəstəklədiyi qüvvələr arasında qarşıdurmada azı 50 nəfər ölüb

Yəməndə Səudiyyə koalisiyasının dəstəklədiyi qüvvələr arasında qarşıdurmada azı 50 nəfər ölüb

Yəmənin cənubunda BƏƏ-nin dəstəklədiyi separatçı “Cənubun Keçid Şurası” qüvvələri ilə Səudiyyə koalisiyası və beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət qüvvələri arasında qarşıdurma nəticəsində azı 50 nəfər ölüb.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” yerli mənbələrə istinadla məlumat verir.

Bildirilib ki, Yəmənin cənubunda xüsusilədə Əbyən əyalətinin Zəncabar rayonu ərazisində son həftədə tərəflər arasında baş verən qarşıdurmalarda azı 50 nəfər ölüb.

Məlumata görə BƏƏ-nin dəstəklədiyi separatçı “Cənubun Keçid Şurası” qüvvələri ilə Səudiyyə koalisiyası və beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət qüvvələri arasında qarşıdurmada daha 90 civarında hərbçi və silahlı ölüb.

Qeyd edək ki, ötən il tərəflər Səudiyyə koalisiyasının vasitəçiliyi ilə ər-Riyadda atəşkəs və siyasi danışıqlarla bağlı razılığa gəlmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 3 =