İraq 30 illik fasilədən sonra Səudiyyə ilə sərhəd keçid məntəqəsini açdı
Az.shafaqna.com INA-ya istinadən xəbər verir ki, İraq hökuməti Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən nəzarət keçid məntəqəsinin (NKM) rəsmi açılışını elan edib.
Qeyd edək ki, sözügedən NKM 30 il idi ki, işləmirdi.
İraqın Ənbar əyalətindəki “Ərar” keçidi “iki ölkə arasındakı ticari mübadilənin intesivləşdirilməsi üçün rəsmi şəkildə açılıb”.
1990-cı ildə qapadılmış NKM-ın fəaliyyətinin bərpa mərasimində hər iki ölkədən olan rəsmilər iştirak ediblər.
NKM-dan keçən ilk karvan Səudiyyə Ərəbistanından İraqa tibbi avadanlıq və dərmanlar çatdırıb.