Ukraynanın 21. Qurani-Kərim yarışları başa çatıb – Foto

Ukraynanın 21. Qurani-Kərim yarışları başa çatıb – Foto

Ukraynın 21. Qurani-Kərim yarışları ötən həftənin Şənbə və Bazar günləri (14-15 Noyabr 2020) ölkənin paytaxtı Kiev şəhərində keçirildi.

Qurani-Kərim yarışlarının yekun mərasimi “ər-Raid” İctimai Təşkilatlar Birliyi və Ukrayna Dini İşlər İdarəsinin təşəbbüsü ilə Kiev şəhərinin İslam Mədəniyyəti Mərkəzinin məscidində keçirilib.

Bu yarışlarda müxtəlif yaş kateqoriyalarından olan 103 oğlan və qız Qurani-Kərimin 10, 15, 5, 2 və kamil hifzi üzrə yarışıblar.

Yarışlarda müxtəlif milliyyətlərin, o cümlədən Ukrayna müsəlmanları, Tatar, Ərəb, Afrika və Asiya ölkələrinin nümayəndələri iştirak ediblər.

“Yarışda iştirak edən 103 nəfərin 44 nəfəri cavan xanımlar idi. Yarış iştirakçılarının ən kiçiyi bir azyaşlı uşaq və ən böyüyü isə 50 yaşında idi.” – Bunları Ukraynanın Əhli-Sünnə alimi və yarışların hakimi Şeyx Heydər əl-Hacc yarışlar barədə açıqlama verərkən deyib.

Yekun mərasimində iştirak edən Zaporojiya şəhərinin İslam Mədəniyyəti Mərkəzinin camaat imamı Şeyx Məhəmməd Mamutov deyib: Quran yarışları Ukraynada hər il yüksək hazırlıqla keçirilir.

اختتامیه بیست و یکمین دوره مسابقات قرآن کریم اوکراین +عکس
اختتامیه بیست و یکمین دوره مسابقات قرآن کریم اوکراین +عکس
اختتامیه بیست و یکمین دوره مسابقات قرآن کریم اوکراین +عکس
اختتامیه بیست و یکمین دوره مسابقات قرآن کریم اوکراین +عکس

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =