Okeanı keçmə qabiliyyətli gəmi İran İnqilab Keşikçiləri Dəniz Donanmasına əlavə edildi

Okeanı keçmə qabiliyyətli gəmi İran İnqilab Keşikçiləri Dəniz Donanmasına əlavə edildi

Eastnews.org-un verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri komandiri general Hüseyn Səlaminin iştirakı ilə təşkil edilən mərasimdə okeanı keçə bilən “Şəhid Rudəki” gəmisi İnqilab Keşikçiləri Donanmasına əlavə edilib.

Uzunluğu 150 metr və eni 22 metr olan 4000 min ton “Şəhid Rudəki” gəmisi 3D mütərəqqi radar, qurudan quruya və qurudan havaya raketləri, milli 3-Hordad hava müdafiə sistemi və yüksək səviyyədə inkişaf etmiş telekommunikasiya sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları (PUA) və dəniz nəqliyyat vasitələri daşımaq imkanına sahibdir.

“Şəhid Rudəki” gəmisinin İnqilab Keşikçiləri Donanmasına əlavə edilməsi ilə İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin uzaq dənizlərdəki missiyası başlamış oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =