Səudiyyə Yəmən ordusunun Sam 6 havadan müdafiə sistemini necə işə salmasından heyrətdədir

Səudiyyə Yəmən ordusunun Sam 6 havadan müdafiə sistemini necə işə salmasından heyrətdədir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə hərbi mütəxəssisi bir mesajında Yəmən ordusunun Səudiyyə tərəfindən sıradan çıxarılan Sam 6 hava müdafiə sistemini yenidən işə salmasından təəccübləndiyini söylədi.

Səudiyyə hərbi mütəxəssisi Zayed Əl-Umri Yəməndə Sam 6 hava müdafiə sisteminin yenidən istifadəyə verilməsinə reaksiya verdi.

Yəmənin Mutabiət xəbər saytı Əl-Umrini Səudiyyə Kəşfiyyat Xidmətinin üzvü kimi təqdim edərək, Yəməndə Sam 6 sisteminin yenidən işə salınması barədə tvit yazdığını və husilərin bu silahı necə işə sala bildikləri haqda sul paylaşdığını bildirdi.

Məlumata görə, Yəmən ordusu bu sistemlərdən yalnız bir neçəsinə sahibdir. Əl-Umri etdiyi şərhlərdə bəzi ölkələri Yəmən ordusunu bu sistemlə təchiz etməkdə günahlandırdı və düşüncələri Yəmən ordusunun və xalq müqaimət komitələrinin bu qabiliyyətindən yayındırmağa çalışdı.

Məlumata görə, Yəmən müharibəsi başlamazdan əvvəl bəzi beynəlxalq kəşfiyyat qurumları SAM-6 hava müdafiə sistemini sıradan çıxarmışdı. Bunun nəticəsində Səudiyyə qırıcı təyyarələri Yəmən ərazilərini, mülki və hərbi obyektlərini və hətta Yəmən vətəndaşlarının evlərini hədəf ala bilirdi.

Altı illik Yəmən müharibəsindən sonra sistemin yenidən işə salınması və Səudiyyənin Sənanın hərbi arsenalını məhv etmək iddiasının puçluğu müharibənin gedişatını dəyişdirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − seven =