“İslami Cihad” Mahmud Abbasa etiraz etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin “İslami Cihad” hərəkatı Mahmud Abbas hökuməti ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda vurğulanır ki, İsrail rejimi ilə münasibətləri yenidən normallaşdırmaq Fələstin xalqına xəyanət etmək deməkdir.
“Onlar fələstinli qruplar olduğu halda İsrail rejimi ilə danışığa getdilər. Özlərinə İsrail rejimini deyil müqavimət cəbhəsini düşmən olaraq seçirlər”, – deyə bəyanatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, Fələstin xalqı bu xəyanəti ağır şəkildə cəzalandıracaq və öz qürurunu qoruyacaq.