BDS hərəkatı: “ABŞ-ın İsrail rejiminə qarşı sanksiyaları cinayət saymaq cəhdi baş tutmadı”

BDS hərəkatı: “ABŞ-ın İsrail rejiminə qarşı sanksiyaları cinayət saymaq cəhdi baş tutmadı”

Sionist İsrail rejiminin Fələstindəki fəaliyyətlərinə qarşı dünya miqyasında İsrail rejimini boykot etməyə təşviq edən Boykot, Təcrid, Sanksiya hərəkatına (BDS) ABŞ dövlət katibinin hərəkata və oxşar təşkilatlara qarşı açıqlamalarını qınayıb.

Deyerler.org xəbər verir ki, bu gün (19 noyabr) BDS hərəkatı Pompeonun anti-sionist hərəkatlara qarşı söylədiklərinə verdiyi reaksiyasında, ABŞ-ın boykot hərəkatını cinayət məsuliyyətinə cəlb etmək və onu aradan qaldırmaq cəhdinin məğlubiyyətdən başqa bir şeylə nəticələnməyəcəyini bildirib.

BDS Pompeonun hərəkatla bağlı açıqlamalarının mövcud ABŞ hökumətinin Fələstin əleyhinə mövqeyinin bir əlaməti olduğunu qeyd edib.

ABŞ-ın dövlət katibi bu gün Tel-Əvivdə Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında BDS və digər anti-sionist təşkilatların antisemitizmdə günahlandırmış və ABŞ hökumətinin onlara olan dəstəyini kəsəcəyini söyləmişdi. Bu hərəkətlərin xərçəngə bənzədiyini və köklərinin kəsilməli olduğunu bildirmişdi.

Sionist rejim illərdir Qərb ölkələrində antisemitizm damğası altında ona qarşı hər hansı bir hərəkəti yatırmağa çalışır. İyun ayında Avropa İnsan Haqları Məhkəməsi BDS-in 12 tərəfdarını 27.380 avro təzminat ödəməyə məhkum etmişdi.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da 2014-cü ildə amerikalı yəhudi milyarder Haim Sabana yazdığı məktubunda, ABŞ liderlərinin boykota qarşı birgə mübarizə aparmalarının vacibliyini vurğulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =