Səudiyyə rejimi Yəməndə 6848 uşağı həlak edib və yaralayıb
Yəmən Milli Qurtuluş Hökumətinin Səhiyyə Nazirliyi bildirib ki, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyasının 2015-ci ilin mart ayından etibarən davam etdirdiyi təcavüzkar hücumlarda 6848 uşağın həlak olub və yaralanıb.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Beynəlxalq Uşaqların müdafiəsi günü münasibətilə hazırladığı hesabatda, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəməndə ən böyük humanitar fəlakətə səbəb olduğunu elan edib.
Hesabatda, həmçinin bunlar qeyd edilib: “5 yaşınadək qidalanmadan əziyyət çəkən uşaq sayı təqribən iki milyona çatıb, bunlardan 400.000 uşaq ağır vəziyyətdədir, 12000 uşaq isə, həyatını itirib”.
Nazirlik Yəməndəki bu faciələrin hüquqi, humanitar və mənəvi nəticələrinə görə Səudiyyə rejiminin təcavüzkar koalisiyasının məsuliyyət daşıdığını bildirib və dünyanı Səudiyyə rejiminin təcavüzünə qarşı durmağa və Yəməndəki zülmə və vəhşiliyə son qoymaq üçün hərəkətə keçməyə çağırıb.
Bəyanatda BMT və UNİCEF-dən qərarlarını yenidən nəzərdən keçirməyə və Səudiyyə rejiminin koalisiyasını “uşaq qatillərinin qara siyahısına” yenidən salması istənilib.